Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
12:43 - 30 İyul 2021
Dünyaca məşhur “TikTok” sosial şəbəkəsində bir neçə həftədir Azərbaycan imzalı yeni trend gündəmi zəbt edib. Belə ki, gənclər Basta Raymsın “I know what you want” adlı trekinin remiks versiyası sədaları altında rəqs edirlər.
Manset.az remiksdən əvvəl “Çelovek pauk (Hörümçək adam) gəldi” sözlərinin yer aldığı trendə məşhur aparıcı Zaur Baxşəliyev və onun həyat yoldaşı da qoşulub. ATV-nin tanınmış aparıcıları video çəkərək “TikTok” hesablarında paylaşıblar.
Qeyd edək ki, həmin ifadə 2017-ci ildə Azərbaycanda premyerası olan “Kəklikotu” filmində səsləndirilib. Fenomenə çevirilən sözləri ekran işində Qafar obrazını canlandıran gənc aktyor Əlixan Rəcəbov səsləndirib. Həmin sözlərlə Qafqaz ab-havalı remiks qısa müddətdə MDB, Şərqi Asiya və əksər Avropa ölkələrində populyarlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin