"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

08:40 - 28 İyul 2022

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

 

Manset.az-ın məlumatına görə, "köhlən atlar" bu raunnda Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gələcək.

Evdə Slovakiyanın "Slovan" (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan ölkə çempionu səfərdə üç top fərqi ilə qalib gəlib - 4:1

III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.

Qeyd edək ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin