Xalq artisti xanımından buna görə BOŞANIBMIŞ - MARAQLI SƏBƏB

17:46 - 27 İyul 2022

Xalq artisti xanımından buna görə BOŞANIBMIŞ - MARAQLI SƏBƏB

Xalq artisti Tariyel Qasımov boşandığını etiraf edib.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, "Onun sirri" proqramında qonaq olan aktyor ailə həyatının 40 il davam etdiyini söyləyib. O bildirib ki, boşanmasına səbəb xanımının söydüyü söyüş olub:

"Şahmar Ələkbərovun anası mənə elçi getmişdi. 25 yaşında sevdim evləndim. 5-6 ildir boşanmışıq. Həyat yoldaşının ərinə deyə bilməyəcəyi söz deyib. Söyüş söyüb, mən də qəbul etməmişəm. Məhkəməyə dedim ki, möhtərəm hakim, biz müsəlmanlar xanımını ancaq namus üstə boşaya bilərik. Mən isə bu xanımı bir söz üstündə boşayıram. Hakim qadın idi, sual verdi ki, böyük, məşhur sənətkarı necə əldən verdiniz? Dedi ki, biz universitetdə oxuyanda beş qız Tariyel Qasımovu sevirdik. Xanımım mənə məhkəmədə şər atdı. Dedi ki, guya demişəm, Prezident ev verib, gedirəm orada yaşayım. Guya mən başqa qadınla yaşamışam. Yoldaşımı sevib almışdım, ona xəyanət etməzdim. O boyda uşaqlar ola-ola ayrıldıq, ürəyim yandı. Amma o sözü qəbul edə bilmədim".


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin