Bakının bu ərazisindəki evlər sökülür: 1,3 milyon manat ayrıldı - VİDEO
24 Oktyabr 2024
09:49 - 30 İyul 2021
"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.
Manset.az xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.
Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.
Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.
"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - deyə o, qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin