Cüdoçumuz yarımfinalda - Yenilənib

08:37 - 30 İyul 2021

Cüdoçumuz yarımfinalda - Yenilənib

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Manset.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Mijin Hanla üz-üzə gələcək.

***

İrina Kindzerska 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Han qalib gələrək, yarımfinala yüksəlib.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin