COP29 zolaqları ləğv edilir - RƏSMİ
23 Noyabr 2024
23:07 - 29 İyul 2021
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Manset.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da səfərdə cavab matçında çıxıb.
İsraildə "Aşdod"un qonağı olan Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Bununla da iki oyunun nəticəsində görə Qurban Qurbanovun komandası növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, buna qədər Konfrans Liqasında digər təmsilçilərimiz "Keşlə" və "Sumqayıt" mübarizəni dayandırıb.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
29 iyul
21:00. Aşdod - Qarabağ - 0:1
Qol: F.Ozobiç, 6
Baş hakim: Novak Simoviç (Serbiya).
Aşdod. “Jabotinski” stadionu.
İlk oyun – 0:0.
"Aşdod": 1. Yoav Cerafi, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 6. Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken, 23. Martin Raynov, 26. Abdul Zakariya Muges, 77. Yakov Brihon, 99. Oz Bilevi
Baş məşqçi: Ran Ben Şimon
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin