Məşhur müğənnidən QALMAQALLI SÖZLƏR: "Mələk donuna girib" ailələr dağıdan qadın müğənnilər var"

13:41 - 24 İyul 2022

Məşhur müğənnidən QALMAQALLI SÖZLƏR:

"Getdiyim toyların 90 faizi qadın məclislərindən ibarətdir".

Manşet.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri hamilə olan müğənni Vəfa Şərifova qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə Səmimi" layihəsində deyib.

Sənətçi bəzi qadın həmkarlarının ailə dağıtdığını iddia edib:

"Qadınlar hissiyatlı olurlar. Onlar baxanda bilirlər ki, bu xanım müğənni gəlsə evimizi, ailəmizi dağıdıb, problem yaşadar, yoxsa yox. Mələk donunda addım atanlar da var. Şou-biznesin içindəyik. Elə söhbətlər eşidirik ki, şoka düşürük, yəni həmin şəxs bunu edər?! Bu adam bu işi görər?! Təəssüf ki, aldadanlar da var. Amma o da müəyyən bir zamana qədərdir.

Zamanla kimin kim olduğunu başa düşürlər. Elə qadın müğənnilər var ki, onları qadınlar öz məclislərinə və ailələrinin içinə girməyə qoymurlar. Qısqanırlar, rahat olmurlar. Toyda başqa problemlər yarada bilərlər. Qadınlar öz ərləri ilə olmasa da, qonağı ilə nələrsə yaşana biləcəyindən ehtiyat edirlər".

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla evlidir. O, hamilədir. Müğənninin Məryəm adında bir qızı var.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin