Aysun İsmayılovadan ŞOK AÇIQLAMA: "Eşqin məndən əvvəl ailəli olub" - VİDEO

09:08 - 22 İyul 2022

Aysun İsmayılovadan ŞOK AÇIQLAMA:

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova şəxsi həyatı ilə gündəmə gəlib.

 

Manset.az xəbər verir ki, aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Səmimi" adlı yutub layihəsinə qonaq olan Aysun həyat yoldaşı Eşqin Cəlilovun ondan əvvəl evli olduğunu etiraf edib:

"Eşqin məndən əvvəl rus qızla ailəli olub. Bu nikahdan onların bir qız övladı var. Dünya gözəli övladı var. Məni də onunla tanış edib. Şəhərə gəzməyə də çıxmışıq. Ona hədiyyələr də alıram. Birinci xanımından ayrıldıqdan 4 il sonra mənimlə ailə qurub. Eşqinə də demişəm o qız onun yox, bizim övladımızdır. Onu qəbul etməyə hazıram".

Qeyd edək ki, Aysunla Eşqin bu ilin əvvəlində nişanlanıb. Cütlük iyunun 30-da ailə həyatı qurub. 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin