Polis daha bir əməliyyat keçirDİ - Yevlax sakinindən “patı” götürüldü - FOTO

11:16 - 29 İyul 2021

Polis daha bir əməliyyat keçirDİ - Yevlax sakinindən “patı” götürüldü - FOTO

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov saxlanılıb.

Onun şəhər ərazisində yerləşən mənzilinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükümdə 24 qrama yaxın psixotrop maddə olan metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.



Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin