İşdən çıxarılan icra müavini rusca danışmağa başlayıb: "Ya vas ne ponimayu..." - AÇIQLAMA

12:13 - 19 İyul 2022

İşdən çıxarılan icra müavini rusca danışmağa başlayıb:

Ötən gün vəzifəsindən azad edilən Lənkəran icra hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva mətbuata rusca açıqlama verməyə başlayıb.

 

Manset.az-ın əməkdaşı işdən çıxarılması ilə bağlı Əliyevanın uzun illər işlətdiyi mobil nömrəyə zəng vurub. Ancaq rusca danışa biləcəyini deyən keçmiş müavin mətbuat nümayəndələrinin davamlı olaraq onu narahat etdiyini dilə gətirib: "İzvinite, ya vas ne ponimayu...".

Qeyd edək ki, R.Əliyeva  və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başladılıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin