Neftimiz 6 dollardan çox bahalaşdı - SON qiyməti

15:54 - 16 İyul 2022

Neftimiz 6 dollardan çox bahalaşdı - SON qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 14-də 118,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,24 dollar/barel çoxdur.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,95 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel çoxdur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin