Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
10:26 - 16 İyul 2022
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,24 ABŞ dolları, yaxud 5,57 % artaraq 118,22 ABŞ dolları təşkil edib.
Manset.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 101,16 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin