Kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
23 Noyabr 2024
09:08 - 28 İyul 2021
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Manset.az-ın məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 4 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən iki futbolçudan biridir.
24 yaşlı hücumçu 6 dəfə çərçivəni dəqiq nişan alıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli 3 dəfə hədəfdən yayınıb.
Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç də 6 dəfə çərçivəyə düşüb. Lakin onlardan heç biri qolla nəticələnmədiyi üçün azərbaycanlı oyunçu ilk sırada qərarlaşıb.
Qeyd edək ki, "Legiya" II təsnifat mərhələsində Estoniyanın "Flora" komandasını mübarizədən kənarlaşdırıb. Varşava təmsilçisi III raundda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə üz-üzə gələcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin