Gəncədə 2 nəfəri ildırım vurdu

20:27 - 27 İyul 2021

Gəncədə 2 nəfəri ildırım vurdu

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

Manset.az-ın məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. O, xəstəxanaya yerləşdirilib və hazırda koma vəziyyətindədir.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir və güclü ildırım çaxır.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin