Bakıda bu ərazidə evlər söküləcək - VİDEO
25 Sentyabr 2024
18:56 - 27 İyul 2021
Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tap Qaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin