Toya artıq qonaq çağıran ev sahibləri cərimələndi

18:56 - 27 İyul 2021

Toya artıq qonaq çağıran ev sahibləri cərimələndi

Goranboyda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin  verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tap Qaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin