Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi

18:21 - 27 İyul 2021

Kəlbəcər istiqamətindəki mövqelərimiz atəşə tutuldu - Müdafiə Nazirliyi

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin