Prezident Siluanov və Slutski ilə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
18:48 - 4 İyul 2022
İspaniya millisinin və “Barselona”nın futbolçusu Jerar Pike və məşhur pop müğənni Şakira ayrıldıqdan sonra övladlarının qəyyumluğu uğrunda şiddətli mübarizə aparmağa hazırlaşırlar.
Manşet.az sfera.az-a istinadən xəbər verir ki, kolumbiyalı müğənni iki oğlunu Mayamiyə aparmaq niyyətindədir. Pike isə qəti olaraq bunun əleyhinədir. Tərəflər artıq vəkil tutublar və məhkəməyə hazırlaşırlar.
Pike və Şakira bu yaxınlarda görüşüb vəziyyəti müzakirə ediblər, lakin futbolçunun uşaqları analarının yanına - ABŞ-a getməyə buraxmaması sənətçinin qəzəbinə səbəb olub.
Şakira Pikeni bəzi sirlərini açmaqla və şəxsi həyatının hələ də naməlum qalan təfərrüatını işıqlandırmaqla hədələyib.
“Şakira hər şeyə hazırdır. Sənətçi heç vaxt düşünməyib ki, Pike onu aldada bilər. Şakira xüsusi adamların vasitəsi ilə futbolçunun davranışı haqqında ətaflı hesabat hazırlayır. Bəzi sürprizlər var ki, onlar heç kəsi bu işə laqeyd qoymayacaq. Toplanmış məlumatlar Pikeni çox incidə bilər və bu, təkcə ailə məsələlərinə aid deyil”, - mənbə yazır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin