Məşhur reperlə bağlı növbəti təcavüz İDDİASI

17:10 - 26 İyul 2021

Məşhur reperlə bağlı növbəti təcavüz İDDİASI

Amerikalı musiqiçi və prodüser Ar Kelli daha iki azyaşlı oğlana təcavüz etməkdə günahlandırılır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni məlumatlara görə, 2006-cı ildə müğənni studiyasına dəvət etdiyi gənclə "McDonalds"da tanış olub. Musiqi karyerası qurmaq arzusu olan 17 yaşlı oğlanı problemlər yaradacağı ilə bağlı təhdid edərək ona cinsi təcavüz edib.

Digər cinsi zorakılığa məruz qalan oğlanın isə 16 yaşı var. Müğənni onunla dostu vasitəsilə tanış olub. Musiqiçinin bir neçə həmcinsini də (yetkinlik yaşına çatmayan da daxil olmaqla) kamera önündə təcavüz etdiyi bildirilir.

Ar Kellinin 9 avqusta təyin edilmiş məhkəməsində bu və digər bir cinayətlərinə görə də ittiham olunması tələb olunur.

Qeyd edək ki, reper artıq iki ildir həbsxanada mühakimə olunacağı vaxtı gözləyir. Onun haqqındakı ittihamlar 1998-2010-ci illər arasında yaranıb. Reperin 1994-cü ildə 15 yaşlı müğənni Aaliyahla evləndiyi ortaya çıxıb.

2017-ci ildə “BuzzFeed”in yaydığı məlumatlarda isə Kellinin “seks zindanı”nda 6 qıza təcavüz etdiyi ilə bağlı ittihamlar yer alıb.//axşam.az//


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin