Bakıda hoteldə qadın BIÇAQLANDI

09:36 - 29 İyun 2022

Bakıda hoteldə qadın BIÇAQLANDI

Bakıda hoteldə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən “Panoramic” hoteldə qeydə alınıb. Mehmanxanada 1992-ci il təvəllüdlü Sürəyyə Əliyeva (şərti) bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən daxilə nüfuz edən və qolundan bıçaq xəsarətləri alan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra qadının tanışı, 1990-cı il təvəllüdlü Ə.Salamov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib .

Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin