2022-ci ilin dövlət büdcəsinin müzakirəsi başladı

11:39 - 28 İyun 2022

2022-ci ilin dövlət büdcəsinin müzakirəsi başladı

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

 

Manset.az xəbər verir ki, büdcə layihəsini deputatlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Komitə sədri əlavə edib ki, büdcə Azərbaycanın qarşısında duran çağırışlara cavab verəcəyini, bunun üçün maliyyə bazası yaradacağını qeyd edib. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin