Makron Boris Consonla mübahisə etdi

23:28 - 13 İyun 2021

Makron Boris Consonla mübahisə etdi

G7 zirvəsində Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında mübahisə yaranıb.

Manşet.az Reuters-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb Consonun daha çox bəhs etdiyi “Brexit” məsələsi olub.Makron Boris Consonun gündəmdə bir çox mövzuların olduğu halda, diqqəti daha çox “Brext” məsələsinə yönəltməsindən narahat olub və ona iradını bildirib.

"Britaniyanın Avropa Birliyindən çıxması üçün özünüz imza atdınız, o zaman nə etdiyinizi bilməliydiniz”, deyə Fransa Prezidenti Boris Consonu qınayıb.

Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci il tarixdən Avropa Birliyindən çıxıb. Bundan sonra tərəflər arasında ticarət razılaşmaları ilə əlaqəli bəzi problemlər yaranıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin