Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
11:43 - 23 İyul 2021
Bu gün Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü işə başlayıb.
Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıb.
Nazir deyib ki, Azərbaycan və Rusiya dost ölkələr, strateji tərəfdaşdırlar.
“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işinə diqqət çəkmək istəyirəm. Bu çərçivədə davamlı iş aparılır, Azərbaycan və Rusiyanın iqtisadi əlaqələri inkişaf etdirilir. Bugünkü işgüzar görüş bizim tərəfdaşlığımızın sayəsində baş tutub.
2020-ci il çox çətin il idi, bir sıra çağırışlarla yadda qaldı və təbii ki, bizim münasibətlərimzə təsir göstərib. Pandemiyaya baxmayaraq Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalıb. 2021-ci ildə biz ticarət dövriyyəsində artım gözləyirik. Bu bizi sevindirir”, - M.Cabbarov qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin