"Bakı Banklararası Valyuta Birjası" ləğv EDİLDİ

19:08 - 8 İyun 2022

Azərbaycanda banklar arasında valyuta əməliyatlarının aparılması ilə məşğul olan "Bakı Banklararası Valyuta Birjası" QTSC ləğv edilib.

Manşet.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə birjanın təsisçiləri məlumat yayıb.
Elanda bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1014 Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin