Üç gün sonra toyu olacaqdı - Qəzada öldü FOTOLAR

07:11 - 23 İyul 2021

Üç gün sonra toyu olacaqdı - Qəzada öldü FOTOLAR

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Manset.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır.//report//



Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin