Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
13:39 - 8 İyun 2022
Çox varlı sevgilim var. Oliqarxdır, amma adını və kimliyini açıqlamaq istəmirəm. Rusiyalı milyarder Roman Abramoviç səviyyəsində olan bir şəxsdir”.
Manset.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanı 2020-ci, 2021-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Kleopatra” və “Matahari” nəğmələri ilə təmsil edən, gənc və istedadlı müğənni Samirə Əfəndi deyib.
Sənətçi şəxsi həyatı barəsində gözlənilməz açıqlamalar verib. Samirə varlı iş adamı ilə eşq yaşadığını etiraf edib.
“Özəl təyyarə gəldi, məni Milanın “Malpenza” hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür, mən şəxsi həyatım barədə danışmağı sevmirəm. Çünki gözə gəlirəm”.
Müğənni “oliqarx” kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, onunla ailə qurmaq kimi bir istəyinin olmadığını söyləyib:
“Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin