Göygöldə baş verən qəzada avtomobil iki yerə bölündü - Yaralılar var

21:16 - 22 İyul 2021

Göygöldə baş verən qəzada avtomobil iki yerə bölündü - Yaralılar var

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

Manset.az "Report"a istinadən bildirir ki, "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya aparılıb.

Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin