Millimizin oyunlarının saatları bəlli oldu

13:03 - 22 İyul 2021

Millimizin oyunlarının saatları bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiya yığmalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da start götürəcək.

3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin