"Qarabağ" və "Keşlə" mübarizəyə başlayır - Konfrans Liqası

08:45 - 22 İyul 2021

Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

Manset.az xəbər verir ki, "Report"un məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Matç azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Oyuna arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.

Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.

22 iyul
UEFA Konfrans Liqası

20:00. "Qarabağ" - "Aşdod" (İsrail)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. "Soçi" (Rusiya) - "Keşlə"
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin