Ermənilər Azərbaycanda təxribat törətmək üçün pul yığır - VİDEO

01:30 - 22 İyul 2021

Ermənilər Azərbaycanda təxribat törətmək üçün  pul yığır - VİDEO

Ermənilər əsgərlərinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribat törətməsi məqsədi ilə hərbi avadanlıqların alınmasına dəstək olmaq üçün insanlardan vəsait toplayırlar.

Manset.az xəbər verir ki, bu barədə erməni fəal Mika Abadalyan “Telegram” hesabında paylaşım edib.

Vəsaitin yığılması və terror aktının tezləşdirilməsi üçün Rusiyanın “Sberbank” bankında hesab açılıb. Sosial şəbəkələrdə erməni vətəndaşlarına müraciətlər edilir. Abadalyan qısa müddət ərzində 125 min rubl (təxminən 2900 AZN) civarında vəsaitin toplandığını açıqlayıb.

Bu çağırışdan sonra Rusiyada yaşayan azərbaycanlılar “Sberbank”a müraciət edərək Azərbaycan ərazilərinə zərbə vurmaq üçün hərbi avadanlıqların alınması məqsədi ilə vəsaitin toplanmasına icazə verməmələrini tələb ediblər. Həmçinin bildirilib ki, bank hesabında bu məqsədlə vəsait toplamaq Rusiya Federasiyası qanunvericiliyinin pozulmasıdır.

“Sizdən xahiş edirik bank hesabına pul yığılmasının qarşısını almaq istiqamətində təcili tədbirlər görəsiniz. Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək üçün şərait yaratdığı günlərdə belə hadisələrin baş verməsi Rusiya tərəfinin səylərinə kölgə salır”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, erməni bloqer Mika Abadalyan artıq toplanan vəsaitə hərbi cihazların alındığı və erməni əsgərlərə çatdırıldığı haqda məlumat paylaşıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin