Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

22:43 - 21 İyul 2021

Türkiyə və İran prezidentləri arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonla danışıb.

Manset.az-ın Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, hər iki ölkənin lideri müsəlmanların Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.

Prezidentlər ikitərəfli əlaqələrin və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Ruhani ilə indiyədək davam edən yüksək səviyyəli əməkdaşlığı və dialoqu İranda prezident vəzifəsini öz üzərinə götürəcək yeni rəhbərliklə də davam etdirəcəklərinə inanır.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Sefik Caferoviçlə də telefonla danışıb. Liderlər Qurban Bayramı münasibətilə qarşılıqlı olaraq bir-birilərini təbrik ediblər.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin