Kolumbiyada mədəndə partlayış - 9 ölü

15:40 - 13 İyun 2021

Kolumbiyada mədəndə partlayış - 9 ölü

Kolumbiyanın mərkəzi hissəsindəki Boyaka departamentinin Soça bələdiyyəsinin kömür mədəsində baş vermiş partlayış nəticəsində doqquz nəfər həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Milli Dağ-Mədən Agentliyinin başçısı Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, xilasedicilər üç şaxtaçını xilas edə biliblər.

"Soça bələdiyyəsində doqquz şaxtaçının həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımızı ifadə edirik. Sağ qalan üç şaxtaçıya tezliklə sağalmalarını arzulayırıq", - Xuan Miqel Duran sosial şəbəkədə yazıb.

Daha əvvəl hadisə zamanı iki nəfərin həlak olması barədə bildirilirdi. Milli Dağ-Mədən Agentliyinin məlumatına görə, partlayış zamanı ümumilikdə 12 nəfər xəsarət alıb. Onlardan 9-u ölüb.



Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin