Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
12:55 - 30 May 2022
Bu dəfə məşhur müğənni Gülşen paytaxtın qonağı olub.
Manset.az xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində musiqisevərlər qarşısında konsertlə çıxış edib. Musiqili proqram zamanı ifaçı sevilən hitlərini səsləndirib.
Hər zaman qalamaqallı və açıq-saçıq səhnə geyimləri ilə gündəm olan sənətçi bu dəfə də ənəməsinə sadiq qalıb.
1.5 saat davam edən konsertdə Gülşen boz rəngli parıltılı yarıçılpaq səhnə geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. Popçunun libası Bakı səhnəsi üçün xüsusi olaraq hazırlanıb.
Müğənninin sosial şəbəkələdə yayılan görüntüləri tənqid atəşinə tutulub.
İstifadəçilər Gülşənin ünvanına "Corabsız gəzəndə xəstələnirik, bunlara soyuğ olmur görəsən?", "Bakının havası hələ isti deyil. Camaat qısa qola keçməyib. Bura Türkiyənin istirahət zonaları deyil", "Elə camaatı korlayan bunlardır", "Buna baxanda adam üşüyür, görəsən böyrəkləri ağrımır?", "Bunun konsertinə pul verib gedəndədir günah" kimi sözlər yazaraq onu geyiminə görə qınayıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin