Şəmkirdə şəhid ailəsinin evindən oğurluq edən şəxslər SAXLANILDI

10:00 - 20 İyul 2021

Şəmkirdə şəhid ailəsinin evindən oğurluq edən şəxslər SAXLANILDI

Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisindəkin mənsillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin