Paşinyandan Azərbaycanın minalanmış əraziləri ilə bağlı ETİRAF

10:57 - 13 İyun 2021

Paşinyandan Azərbaycanın minalanmış əraziləri ilə bağlı ETİRAF

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin