Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya veribmiş... - VİDEO

08:26 - 15 May 2022

Azərbaycan 12 xalı Böyük Britaniyaya yox, Ukraynaya veribmiş... - VİDEO

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.

Manset.az-ın məlumatına görə, bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.

Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin