“Avroviziya”nın qalibi Ukrayna oldu - VİDEO

03:05 - 15 May 2022

“Avroviziya”nın qalibi Ukrayna oldu - VİDEO

Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.

Manset.az xəbər verir ki, müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb. 

Çıxışlar yekunlaşdıqdan sonra səsvermə başlayıb. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Azərbaycan Ukraynaya 12 səs verib. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.

Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.

Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.

14.05.2022. 23:00

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı keçirilir.

Manşet.az xəbər verir ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək.

Müsabiqədə Azərbaycanı "Fade to black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə 15-ci çıxacaq.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin