Azərbaycanda DƏHŞƏT: Oğul 59 yaşlı atasını öldürdü

17:59 - 14 May 2022

Azərbaycanda DƏHŞƏT: Oğul 59 yaşlı atasını öldürdü

Xaçmazda oğul 59 yaşlı atasını öldürüb.

Manşet.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov aile münaqişəsi zəmnində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin