<

Rusiyalı Kremlev sanksiyalar fonunda beynəlxalq quruma prezident seçildi

14:28 - 14 May 2022 - DÜNYA

Rusiyalı Umar Kremlev yenidən Beynəlxalq Boks Assosiasiyasının prezidenti seçilib.

 

Manset.az “TASS”a istinadən xəbər verir ki, Kremlev təşkilatın İstanbulda keçirilən növbədənkənar konqresinin yekunlarına əsasən yenidən assosiasiyaya rəhbər seçilib. 

Məlumata görə, Kremlev bu vəzifəyə yeganə namizəd olduğundan səsvermə keçirilməyib. 

O, 2018-ci ildən Beynəlxalq Boks Assosiasiyasının prezidenti olaraq çalışır. 

Qeyd edək ki, Rusiyanın fevral ayında Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra bir sıra ölkələr, beynəlxalq təşkilatlar idman, mədəniyyət, siyasət, biznes və s. sahələrdə rusiyalılara qarşı sanksiyalar tətbiq edib.

Bu xüsusda, rusiyalı Umar Kremlevin yenidən bu vəzifəyə təyin olunması maraqla qarşılanıb.


Loading...

Xəbər xətti

25 May 2022