Buraxılış imtahanlarının cavabları AÇIQLANDI
19 Aprel 2024
14:28 - 14 May 2022
Rusiyalı Umar Kremlev yenidən Beynəlxalq Boks Assosiasiyasının prezidenti seçilib.
Manset.az “TASS”a istinadən xəbər verir ki, Kremlev təşkilatın İstanbulda keçirilən növbədənkənar konqresinin yekunlarına əsasən yenidən assosiasiyaya rəhbər seçilib.
Məlumata görə, Kremlev bu vəzifəyə yeganə namizəd olduğundan səsvermə keçirilməyib.
O, 2018-ci ildən Beynəlxalq Boks Assosiasiyasının prezidenti olaraq çalışır.
Qeyd edək ki, Rusiyanın fevral ayında Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra bir sıra ölkələr, beynəlxalq təşkilatlar idman, mədəniyyət, siyasət, biznes və s. sahələrdə rusiyalılara qarşı sanksiyalar tətbiq edib.
Bu xüsusda, rusiyalı Umar Kremlevin yenidən bu vəzifəyə təyin olunması maraqla qarşılanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin