Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

13:55 - 14 May 2022

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu vəzifəyə deputat Cavanşir Feyziyevin yerinə Tural Gəncəliyev təyin edilib.

Belə ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Məlumatda qeyd olunub ki, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Səfər mayın 19-da başa çatacaq.

Qeyd edək ki, Cavanşir Feyziyev 2020-ci ilin aprelində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri təyin edilmişdi.

Xatırladaq ki, bu ilin aprel ayının 15-də C.Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.

Bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu.

Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin