"Müğənni olduğum üçün sevdiyi qızı oğluma vermədilər" - Meyxanaçı Samirə (VİDEO)

16:07 - 10 May 2022

"Heç vaxt xoşbəxt olmamışam. İnanmıram ki, bundan sonra da xoşbəxt olam. Xoşbəxtliyim ancaq övladlarım, sənətim və sağlamlığımdır. Mən ömrümü körpə yaşlarından yetim qalan övladlarıma fəda etdim. Gözəlliyimi, gəncliyimi, hər şeyimi övladlarıma qurban verdim". 

 

Manset.az  xəbər verir ki, bu sözləri müğənni və meyxanaçı Samirə Yusifqızı "MTV maqazin" verilişinə müsahibəsində bildirib. Samirənin acınacaqlı həyatının uğursuzıuqları bununla da bitməyib. Onun həyatdakı ən ağrılı anı müğənniliyinin övladının xoşbəxtliyinin qarşısını kəsməsi olub:

"Oğlum bir qız sevirdi. Qərara gəldik ki, ailəsindən istəyib, razılıq alaq. Atası biləndə ki, mən müğənniyən. Deyib "Mən müğənniyə qız vermirəm". Onda elə bil məni götürüb göydən yerə çırpdılar".


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin