Mahir Emrelinin komandası Superkubok oyununa çıxır

19:25 - 17 İyul 2021

Mahir Emrelinin komandası Superkubok oyununa çıxır

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa Superkubokunun oyununa çıxacaq.

Manset.az xəbər verir ki, Varşava təmsilçisinin rəqibi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"dur. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Beləliklə, Mahir Emreli bu yay transfer olunduğu "Legiya"da ilk titulunu qazana bilər.

Xatırladaq ki, yeni komandasına tez uyğunlaşan Emreli yoxlama oyunlarında 6, Çempionlar Liqasının 2 matçında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin