Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

18:38 - 17 İyul 2021

Bərdədə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Alaçadırlı kənd sakini, əvvəllər məhkum edilmiş Əli Məmmədov saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada yetişdirilmiş çəkisi 61 kiloqrama yaxın 144 ədəd çətənə bitkisi və 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin