Qalatasaraydan transfer bombası - Hədəf "Liverpul"un ulduzudur

15:53 - 17 İyul 2021

Qalatasaraydan transfer bombası - Hədəf

Qalatasaray Liverpulun İsveçrəli futbolçusunu heyətinə qatmağı planlaşdırır.

Manset.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Cim-Bom" 12 milyon satış qiyməti olan Cerdan Şakiri üçün hərəkətə keçib. 
Türkiyə klubu 29 yaşlı vinger üçün Mersisayd təmsilçisinə birbaşa transfer şərti ilə icarə təklifi göndərəcək. "Qalatasaray" məşhur futbolçunun transfer dəyərini 7 milyon avroya endirmək niyyətindədir. 
Qeyd edək ki, komandada forma tapmaqda çətinlik çəkən Şakiri də "Liverpul"u tərk etməyi düşünür. 
 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin