Avropa Şurasının prezidenti Azərbaycana gələcək

14:01 - 16 İyul 2021

Avropa Şurasının prezidenti Azərbaycana gələcək

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

Manset.az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da Yerevana, 18-də Bakıya səfər edərək ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin