Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
24 Noyabr 2024
22:54 - 15 İyul 2021
İspaniya Konstitusiya Məhkəməsi 2020-ci il martın 14-də ölkədə elan edilmiş yüksək hazırlıq rejimini qismən qanunsuz hesab edib. Bu o deməkdir ki, karantin qaydalarını pozanlara yazılmış cərimələr də qanunsuzdur.
Manset.az İspaniya KİV-lərinə istinadla xəbər verir ki, hakimlərin fikrincə, yüksək hazırlıq rejiminin qüvvədə olduğu müddətdə hərəkət hüququnun məhdudlaşdırılması, yəni ciddi ev karantini tətbiq edilə bilməz. Hərəkət etmək hüququnu dəyişdirmək və məhdudlaşdırmaq olardı, lakin bu hüququ tamamilə qadağan etmək olmaz.
Məsələ burasındadır ki, İspaniya qanunlarında fövqəladə vəziyyət rejiminin üç dərəcəsi nəzərdə tutulub. Hökumət birinci dərəcəli rejim elan edib. Lakin məhkəmənin fikrincə, əsas hüquq və azadlıqların bu qədər ciddi məhdudlaşdırılması üçün ikinci dərəcəli fövqəladə vəziyyət rejim elan olunmalı idi.
İndi karantin qaydalarını pozanlara yazılmış cərimələr barəsində mübahisə qaldırıla bilər. Konstitusiya Məhkəməsinin 11 hakimindən 5-i bu qərarın əleyhinə səs verib.
İspaniyada yüksək hazırlıq rejimi 2020-ci il martın 14-də tətbiq edilib. Hökumət tərəfindən təsdiq edilmiş tədbirlər sırasında ciddi ev karantini də nəzərdə tutulmuşdu. Bu o deməkdir ki, evdən yalnız ərzaq almaq, aptekə, xəstəxanaya və ya işə getmək üçün çıxmaq olardı. Bu rejim koronavirus pandemiyasının birinci dalğası dövründə, yəni 2020-ci il iyunun 21-dək qüvvədə olub. Cərimənin orta məbləği 600 avro idi.
Rəviyyə Cəfərzadə
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin