"Bu məqalə dezinformasiyanın çirkin nümunəsidir" - Hikmət Hacıyev
22 Noyabr 2024
13:00 - 15 İyul 2021
2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 915 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal olunub.
Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri neft-qaz sektorunda isə 5,1% artıb.
ÜDM istehsalının 39,9%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 987,6 manata bərabər olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin