Milli Kino Mükafatına bu şəxs layiq görüldü - Rəsmi

11:41 - 15 İyul 2021

Milli Kino Mükafatına bu şəxs layiq görüldü - Rəsmi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ötən həftə baş tutan geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə də baxılıb.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Manset.az-a açıqlamasında bildirib ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatları Larueatı , Prezident təqaüdçüsü Rafael Əli oğlu Qənbərov Milli Kino Mükafatına (Mükafatı-2000 manat) layiq görülüb. 


Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.


Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.



Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin