Bakıda üç qadını avtomobil vurdu

09:02 - 15 İyul 2021

Bakıda üç qadını avtomobil vurdu

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində 1972-ci il təvəllüdlü Ağamaliyeva Xatirə Bulud qızı, 1960-cı il təvəllüdlü Rzayeva Məhəbbət Salman qızı və 1968-ci il təvəllüdlü Şahverdiyeva Məlahət Mətləb qızını avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

X.Ağamaliyevaya çanağın əziyi, M.Rzayevaya döş qəfəsinin əziyi və M.Şahverdiyevaya isə başın təpə nahiyyəsinin əziyi diaqnozları qoyulub.(report)


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin